- Offside
- 00:16 18.05.2026
"LASK Linz" Avstriya çempionatının son turunda səfərdə "Avstriya Vyana" üzərində 3:0 hesablı qələbə qazanaraq ölkə çempionluğunu rəsmiləşdirib.
90deqiqe.Az xəbər verir ki, görüşdə hesab 38-ci dəqiqədə Xavier Mbuyamba tərəfindən açılıb. 49-cu dəqiqədə Samuel Adeniran 11 metrlik cərimə zərbəsindən fərqlənib, 76-cı dəqiqədə isə Melayro Boqarde üçüncü qolu vuraraq qələbəni təmin edib.
Bu nəticə ilə "LASK Linz" 39 xalla çempionluq qrupunu birinci pillədə başa vurub və 1965-ci ildən sonra ilk dəfə Avstriya çempionu adını qazanıb.
"Şturm Qrats" isə 37 xalla ikinci yeri tutub.