- Offside
- 19:42 18.05.2026
Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komanda turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.
Polad Həsənli (81 kiloqram) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (66 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.