18 may 2026. Bazar ertəsi

Azərbaycan nümayəndəsi ilk dəfə Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçildi


  • Offside
  • 16:29 18.05.2026
  • Oxunma sayı: 30
Azərbaycan nümayəndəsi ilk dəfə Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçildi

Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) XX Konqresi keçirilib.

Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, konqresdə Avropanın 38 ölkəsinin nümayəndələri iştirak ediblər. Konqres çərçivəsində kamandan oxatmanın inkişafı, federasiya komitələrinin fəaliyyəti və təşkilatın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan üçün əsas hadisə Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilovun beynəlxalq federasiyanın İnkişaf və Texniki Komitəsinin tərkibinə üzv seçilməsi olub. O, Avropa Kamandan Oxatma Federasiyasının rəsmi komitəsinə seçilən ilk azərbaycanlı nümayəndə kimi tarixə düşüb.

Bu komitə iştirakçı ölkələr arasında kamandan oxatmanın inkişafı və texniki istiqamətləri üzrə fəaliyyət göstərir.

Konqres çərçivəsində, həmçinin federasiyanın yeni rəhbərliyinə seçkilər keçirilib. Təşkilata 20 il rəhbərlik edən Mario Skarzella prezident postunu tərk edib. Federasiyanın yeni prezidenti isə daha əvvəl vitse-prezident vəzifəsində çalışan Hakan Çakıroğlu (Türkiyə) seçilib.







Offside