- Offside
- 22:47 19.05.2026
"Sabah" basketbol klubuna yeni baş məşqçi təyin olunub.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, serbiyalı mütəxəssis Lazar Spasiçlə 3 illik müqavilə imzalanıb.
1992-ci il təvəllüdlü çalışdırıcı məşqçilik karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlye Leskovaç” və “Vrşac” komandalarına rəhbərlik edib.
Mütəxəssis 2024/2025-ci illər mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.
Lazar Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi “Oldenburq”da baş məşqçi işləyib.
Spasiçin məşqçilər korpusuna Anatoli Boysa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.