- Offside
- 23:57 19.05.2026
“Böyük Dəbilqə” turnirlərinin yeddiqat qalibi, dünya reytinqinin ikinci raketkası Karlos Alkaras 2026-cı il Uimbldon turnirində iştirak etməyəcəyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ispan tennisçi sosial şəbəkə hesabında yazaraq bərpa prosesinin yaxşı getdiyini, lakin hələ də yarışlara tam hazır olmadığını bildirib:
“Bərpa prosesim yaxşı gedir, özümü daha yaxşı hiss edirəm, amma təəssüf ki, hələ yarışa hazır deyiləm. Buna görə də Queen’s Club və Uimbldon turnirlərindən imtina etmək məcburiyyətindəyəm. Bu iki turnir mənim üçün çox xüsusidir və onları çox darıxacağam. Əlimizdən gələni edəcəyik ki, ən qısa zamanda qayıdaq”, – deyə Alkaras qeyd edib.
Qeyd edək ki, Alkaras ötən il Uimbldonun finalçısı olub və həlledici görüşdə italiyalı Yannik Sinnerə məğlub olub.
Cari mövsümdə isə ispan tennisçi Barselona turnirində bilək zədəsi alıb və bu səbəbdən “Rolan Qarros” da daxil olmaqla bir sıra yarışlardan imtina edib.