- Offside
- 22:50 20.05.2026
Azərbaycanın stolüstü tennisçiləri mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək "Prezident Kuboku"nda mübarizə aparacaqlar.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaqlar.
Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.