20 may 2026. Çərşənbə

Azərbaycanın 12 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq


  • Offside
  • 15:58 20.05.2026
  • Oxunma sayı: 32
Azərbaycanın 12 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın qadın şahmatçılardan ibarət heyəti Gürcüstanın Batumi şəhərində keçiriləcək şəxsi Avropa çempionatında mübarizə aparacaq.

90deqiqe.Az xəbər verir ki, mayın 24-də start götürəcək qitə birinciliyində ölkəmizi 12 şahmatçı təmsil edəcək.

Yarışda Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova iştirak edəcəklər.

11 turdan ibarət olacaq Avropa çempionatı iyunun 6-da başa çatacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 60 min avro təşkil edir.







Offside