21 may 2026. Cümə axşamı

Azərbaycan karateçiləri Moldovada 11 medal qazandı


  • Offside
  • 17:53 20.05.2026
  • Oxunma sayı: 28
Azərbaycan karateçiləri Moldovada 11 medal qazandı

Azərbaycan karateçiləri Moldovada keçirilən açıq beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

90deqiqe.Az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, yarışda iştirak edən idmançılarımız turniri ümumilikdə 11 medalla başa vurublar.

Karateçilərimizin aktivində 8 qızıl və 3 bürünc medal yer alıb.

Qızıl medal qazanan idmançılar arasında Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Karimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) yer alıblar. Onlar bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Digər təmsilçilərimizdən Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) isə turniri bürünc medalla başa vurublar.







Offside