21 may 2026. Cümə axşamı

Andrea Pirlo ilə “Dubay Yunayted”dən tarixi nəticə


  • Offside
  • 22:50 20.05.2026
  • Oxunma sayı: 42
Andrea Pirlo ilə “Dubay Yunayted”dən tarixi nəticə

İtaliya millisinin sabiq futbolçusu, hazırda baş məşqçi kimi fəaliyyət göstərən Andrea Pirlo Birləşmiş Ərəb Əmirliklərində uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, Pirlonun çalışdırdığı “Dubay Yunayted” klubu ölkə çempionatının birinci divizionunda çıxış edərək tarixində ilk dəfə elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, cəmi 4 il əvvəl yaradılan klub dövlət tərəfindən maliyyələşdirilmir və Birləşmiş Ərəb Əmirliklərində nadir özəl layihələrdən biri hesab olunur.

“Dubay Yunayted” mövsümün sonuna 2 tur qalmış 4 xallıq üstünlüklə turnir cədvəlinə başçılıq edir və hələ çempionluğu rəsmiləşdirməyib.

Xatırladaq ki, Andrea Pirlo daha əvvəl məşqçi kimi “Yuventus”la İtaliya Kuboku və Superkubokunu qazanıb.







Offside