- Offside
- 23:17 20.05.2026
22 qat “Böyük Dəbilqə” turnirlərinin qalibi olan ispaniyalı tennisçi Rafael Nadal ata olduqdan sonra ailəsi ilə daha çox səyahət etmək istədiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "EFE" tennisçinin dediklərini belə çatdırıb.
“İstərdim ki, oğlumla daha çox səyahət edim. Həyatımızı dəyişən həmin son səfərdən həyat yoldaşımla birlikdə böyük zövq aldıq. Onların xoşbəxt olduğunu gördükcə, karyeramı davam etdirmək üçün daha da həvəslənirdim. Lakin bir müddət sonra anladım ki, artıq davam edə bilmirəm.
Həkimlərin tövsiyəsinə uyğun olaraq əməliyyatdan sonra tam bərpa olunub-olunmayacağımı görmək üçün özümə vaxt verdim. Bunun mümkün olmadığını başa düşəndə isə dayanmaq qərarı verdim. Çünki artıq sevdiyim işi görməyə mane olan məhdudiyyət yaranmışdı.
İstərdimmi ki, bir qədər də səyahət edim, oğlum dünyanı daha yaxşı tanısın, yeni yerlər görsün və fərqli təcrübələr qazansın? Bəli. Amma həyat belədir”