21 may 2026. Cümə axşamı

“Neftçi” İK Azərbaycan Kubokunun qalibi oldu


  • Offside
  • 17:47 21.05.2026
  • Oxunma sayı: 28
“Neftçi” İK Azərbaycan Kubokunun qalibi oldu

“Neftçi” İK futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən final qarşılaşmasında “ağ-qaralar” ölkə çempionu “Araz-Naxçıvan”la üz-üzə gəliblər. Gərgin və məhsuldar keçən oyunda “Neftçi” rəqibini 5:3 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.

Beləliklə, paytaxt təmsilçisi mövsümü titulla başa vurmağı bacarıb.

Qeyd edək ki, komandalar mayın 18-də futzal üzrə Yüksək Liqanın həlledici görüşündə də qarşılaşmışdılar. Həmin oyunda “Araz-Naxçıvan” 5:2 hesablı qələbə qazanaraq tarixində 20-ci dəfə Azərbaycan çempionu olmuşdu.







Offside