21 may 2026. Cümə axşamı

I Liqada pley-off cütü müəyyənləşdi


  • Offside
  • 18:59 21.05.2026
  • Oxunma sayı: 25
I Liqada pley-off cütü müəyyənləşdi

Azərbaycan I Liqasında pley-off mərhələsinin iştirakçıları müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, son turda “Cəbrayıl”a 3:2 hesabı ilə qalib gələn “Şimal” xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 9-cu pilləyə yüksəlib. Bununla da Xaçmaz təmsilçisi sonuncu sıradan xilas olaraq çempionatda qalmaq şansını qoruyub.

Beləliklə, “Şimal” II Liqanı ikinci pillədə başa vuran “Qaradağ Lökbatan”la pley-off görüşündə üz-üzə gələcək. Bir oyundan ibarət olacaq qarşılaşmanın qalibi 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ əldə edəcək.

Digər tərəfdən, MOİK-lə keçirilən matçda 0:4 hesabı ilə məğlub olan “Difai” turnir cədvəlinin son pilləsinə düşərək I Liqanı tərk edib.







Offside