- Offside
- 22:00 21.05.2026
Mayın 21-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turunda mübarizə davam edib.
90deqiqe.Az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin ikinci günündə 207 cüdoçu tatamiyə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda qızlar arasında -44 kq, -57 kq, +70 kq; oğlanlarda isə -55 kq, -73 kq çəki dərəcəsində medalçılar bəlli olub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
Mükafatçıları təqdim edirik:
Qızlar
-44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
3. Zeynəb Qurbanova (RKİM)
3. Ayan Muradova (Şəki OİK)
-57 kq
1. Zəhra Mədətzadə (Yevlax)
2. Qızılgül Əkbərova (AHİTA)
3. Arzu İmanzadə (RKİM)
3. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
+70 kq
1. Aysu Quliyeva (Judo Club 2012)
2. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Əsnad İlyasova (Lokomotiv İK)
Oğlanlar
-55 kq
1. Rza Ayvazlı (Şağan OİK)
2. Aqil Nağıyev (RKİM)
3. Rəvan Abuşzadə (Neftçi Sumqayıt)
3. Rəvan Məmmədli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-73 kq
1. Məhəmməd Niftəliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Familhüseyn Əlizadə (Sərhədçi İM)
3. Məhəmməd Bayramlı (DİN İC)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)