21 may 2026. Cümə axşamı

Axundzadə “Nyu-York Siti”yə qarşı qələbədə rol oynadı


  • Offside
  • 09:55 21.05.2026
  • Oxunma sayı: 25
Axundzadə “Nyu-York Siti”yə qarşı qələbədə rol oynadı

Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-də keçirilən ABŞ Açıq Kubokunda məhsuldar ötürmə ilə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə,  22 yaşlı hücumçu “Kolambus Kryu”nun “Nyu-York Siti”yə qarşı 1:0 hesablı qələbəsində assist müəllifi olub. O, 59-cu dəqiqədə komandasının qələbə qolunun vurulmasında önəmli rol oynayıb.

Matça start heyətində başlayan Axundzadə 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Kolambus Kryu” yarımfinalda “Orlando Siti” ilə qarşılaşacaq. Azərbaycanlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.







Offside