22 may 2026. Cümə

Azərbaycanı parakarate üzrə Avropa çempionatında 5 idmançı təmsil edəcək


  • Offside
  • 10:50 22.05.2026
  • Oxunma sayı: 37
Azərbaycanı parakarate üzrə Avropa çempionatında 5 idmançı təmsil edəcək

Bu gün Almaniyanın Frankfurt şəhərində parakarate üzrə Avropa çempionatı start götürəcək.

90deqiqe.Az xəbər verir ki, mayın 24-dək davam edəcək yarışda Azərbaycanın 5 idmançısı qüvvəsini sınayacaq.

Qitə çempionatında K30 kateqoriyası üzrə Vidadi Xalıqov və Eldar Əhmədov, K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası yarışa baş məşqçi Rənad Əliyevin rəhbərliyi altında çıxacaq.







Offside