22 may 2026. Cümə

Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib


  • Offside
  • 12:27 22.05.2026
  • Oxunma sayı: 25
Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib

Azərbaycan Şahmat Federasiyasının yeni loqosunun təqdimatı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, təqdimat mərasimi federasiyanın növbəti Hesabat Konfransı çərçivəsində baş tutub. Yeni loqonun AŞF-nin müasir və yenilənmiş vizual kimliyini əks etdirdiyi bildirilib.

Qeyd olunub ki, yenilənən dizayn Azərbaycan şahmatının inkişaf strategiyasına uyğun olaraq federasiyanın brend görüntüsünün müasirləşdirilməsi məqsədini daşıyır.

Bununla yanaşı, tədbirdə federasiyanın yenilənmiş rəsmi veb-saytı da ictimaiyyətə təqdim edilib. Yeni saytın istifadəçilər üçün daha funksional və əlçatan imkanlar təqdim etdiyi vurğulanıb.







Offside