- Offside
- 19:59 22.05.2026
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Kamandan Oxatma Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qurumun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarış mayın 31-dən iyunun 2-dək davam edəcək.
Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq birincilikdə U-15 (yeniyetmələr), U-18 və U-21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.
Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.
Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.