22 may 2026. Cümə

Cüdo üzrə U-17 Liqasının II turu başa çatıb


  • Offside
  • 17:44 22.05.2026
  • Oxunma sayı: 17
Cüdo üzrə U-17 Liqasının II turu başa çatıb

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 164 cüdoçu qüvvəsini sınayıb.

Qızlar 48, 63, oğlanlar isə 60, 81, +90 kq çəki dərəcələrində mübarizə aparıblar.

Yarışda ümumilikdə 100 klub və idman cəmiyyətindən 614 cüdoçu (494 oğlan, 120 qız) iştirak edib.

Qızlar

48 kq

1. Nərmin Niftalızadə (Şuşa UGİM)

2. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Mədinə Hüseynova (Saray İK)

3. Məsumə Təhməzli (Bakı Cüdo Klubu)

63 kq

1. Zilan Hüseynli (Şağan OİK)

2. Nərmin Sadulova (Sərhədçi İM)

3. Məryəm Yusifli (Ordu İdman Klubu)

3. Səma Vəlizadə (Neftçi Sumqayıt)

Oğlanlar

60 kq

1. Əli Abdullayev (Judo Club 2020 İK)

2. Ayxan Abbaszadə (Goranboy UGİM)

3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

81 kq

1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

2. İslam Adıgözəlzadə (Elxan İK)

3. Yusif Ağakişiyev (RKİM)

3. Ömər Atayev (Judo Club 2012)

+90 kq

1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

2. İdris Xanbalayev (Ordu İdman Klubu)

3. Hüseyn Mehdiyev (ROİL)

3. Nihad Məlikli (Neftçi Sumqayıt)







Offside