22 may 2026. Cümə

Dana Uayt Bakı turniri üçün azarkeşlərə çağırış edib


  • Offside
  • 19:59 22.05.2026
  • Oxunma sayı: 20
Dana Uayt Bakı turniri üçün azarkeşlərə çağırış edib

UFC prezidenti Dana Uayt “UFC Fight Night Baku” turniri ilə bağlı azarkeşlərə çağırış edib.

Bu barədə 90deqiqe.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qurum rəhbəri azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək döyüşləri izləməyə dəvət edib.

“Hər kəsə salam! UFC bu dəfə Milli Gimnastika arenasında! Biz yenə Azərbaycandayıq! Həmişə azarkeşlərə deyirəm, Bakı elə gözəldir ki, mütləq görməyə dəyər!”, – deyə o bildirib.

Qeyd edək ki, gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torres (Meksika) ilə qarşılaşacaq.

İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Xatırladaq ki, “UFC Fight Night” iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.







Offside