23 may 2026. Şənbə

Lukaş Podolski futbolçu karyerasını başa vurdu


  • Offside
  • 23:21 22.05.2026
  • Oxunma sayı: 7
Lukaş Podolski futbolçu karyerasını başa vurdu

Almaniya millisinin sabiq hücumçusu və Polşanın “Qurnik” klubunun ortaq sahibi Lukaş Podolski futbolçu karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Zabrze təmsilçisinin sosial şəbəkə hesabında məlumat verilib.

Klubun paylaşımında qeyd olunub: “Bir fəsil başa çatdı, yeni dövr başlayır. Dünya çempionu Lukaş Podolski bu həftəsonu uğurlu futbolçu karyerasını başa vuracaq və uşaqlıq klubu olan ‘Qurnik’ Zabrzenin sahibi olacaq. Hər şey üçün təşəkkürlər, Poldi!”

Karyerası ərzində Podolski “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe”, “Antalyaspor” və “Qurnik” klublarında çıxış edib. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub.







Offside