23 may 2026. Şənbə

AGF Şamaxıda güləş zalını media nümayəndələrinə təqdim etdi


  • Offside
  • 15:14 23.05.2026
  • Oxunma sayı: 6
AGF Şamaxıda güləş zalını media nümayəndələrinə təqdim etdi

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə Şamaxı şəhərinə mediatur təşkil olunub.

90deqiqe.Az xəbər verir ki, media nümayəndələri səfər çərçivəsində şəhərdə fəaliyyət göstərən güləş zalına baş çəkərək burada yaradılan şəraitlə tanış olublar. Jurnalistlərə zalın fəaliyyəti, idmançıların hazırlıq prosesi və gələcək layihələr barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bölgələrdə güləşin inkişaf etdirilməsi, uşaqların və yeniyetmələrin idmana cəlb olunması istiqamətində davamlı iş aparılır. Qeyd olunub ki, müasir avadanlıqlarla təchiz edilən zalda müxtəlif yaş qrupları üzrə idmançılar müntəzəm məşq keçirlər.

Media turu iştirakçıları məşq prosesini izləyib, məşqçilər və güləşçilərlə söhbət aparıblar. Federasiya rəsmiləri regionlarda idman infrastrukturunun gücləndirilməsinin Azərbaycan güləşinin gələcək inkişafı və beynəlxalq arenada uğurların davamlılığı baxımından mühüm rol oynadığını vurğulayıblar.







Offside