23 may 2026. Şənbə

Azərbaycan cüdoçuları Benidormda beynəlxalq təlim-məşq toplanışında olublar


  • Offside
  • 13:21 23.05.2026
  • Oxunma sayı: 30
Azərbaycan cüdoçuları Benidormda beynəlxalq təlim-məşq toplanışında olublar

Cüdo üzrə Azərbaycan millisi İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesi 18–23 may tarixlərini əhatə edib.

Beynəlxalq təlim-məşq toplanışı iyunda Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" və Çindəki Qran-pri tunirlərinə hazırlıq məqsədi daşıyıb.







Offside