- Offside
- 21:20 23.05.2026
Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı turnir boyu bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Bu nəticə ilə M.Sadıqova böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.
Qeyd edək ki, idmançının bu uğuru Azərbaycan karate tarixində mühüm nailiyyət kimi qiymətləndirilir.