- Offside
- 23:44 23.05.2026
Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycan güləşçilərinin uğurlu çıxışı davam edir.
90deqiqe.Az xəbər verir ki, yarışın dördüncü günündə milli komandamızın hesabına daha 2 medal yazılıb.
85 kq çəki dərəcəsində çıxış edən Elvin Necəfzadə finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Gərgin keçən görüşdə idmançımız 1:4 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar çıxış nümayiş etdirərək son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanıb və Avropa çempionu olub.
36 kq çəkidə mübarizə aparan Gülay Xasməmmədova isə həlledici qarşılaşmada rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medal əldə edib.
Beləliklə, Azərbaycan güləşçilərinin cari yarışda qazandığı medalların sayı 6-ya (4 qızıl, 1 gümüş və 1 bürünc) yüksəlib.