9 iyul 2026. Cümə axşamı

“Olimpiakos” Avroliqa çempionu oldu


  • Offside
  • 00:14 25.05.2026
  • Oxunma sayı: 105
“Olimpiakos” Avroliqa çempionu oldu

Bu gün Yunanıstanın Afina şəhərində keçirilən Avroliqa “Dördlər finalı” çərçivəsində final qarşılaşması baş tutub.

90deqiqe.Az xəbər verir ki, həlledici oyunda “Olimpiakos” və “Real Madrid” komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən görüş “Olimpiakos”un 92:85 hesablı qələbəsi ilə yekunlaşıb (19:26, 27:18, 15:21, 27:18). Bu nəticədən sonra Pirey təmsilçisi Avroliqanın qalibi adını qazanıb, Madrid klubu isə turniri ikinci pillədə başa vurub.

“Olimpiakos”un heyətində ən məhsuldar oyunçu fransalı basketbolçu Evan Furnye olub. O, 20 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə çıxış edib.

“Real Madrid”in heyətində isə ən məhsuldar oyunçu kanadalı basketbolçu Trey Layls olub. O, 23 xal, 6 ribaund və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Offside