- Offside
- 19:41 25.05.2026
2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanan komandaların böyük hissəsi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, İtaliya A Seriyasında mövsümün son turundan sonra daha iki klub – “Roma” və “Komo” da elit turnirin Liqa mərhələsində iştirak hüququ əldə edib. Bununla da əsas mərhələyə birbaşa vəsiqə qazanan komandaların sayı 29-a çatıb.
Hazırda Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcəyi dəqiqləşən klublar bunlardır:
İspaniya: “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko Madrid”, “Betis”
Almaniya: “Bavariya”, Dortmund “Borussiya”sı, “Leyptsiq”, “Ştutqart”
İngiltərə: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”
Fransa: PSJ, “Lans”, “Lill”
İtaliya: “İnter”, “Napoli”, “Roma”, “Komo”
Portuqaliya: “Sportinq”, “Portu”
Niderland: PSV, “Feyenoord”
Türkiyə: “Qalatasaray”
Ukrayna: “Şaxtyor”
Çexiya: “Slaviya”
Belçika: “Brügge”
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində qalan yeddi yerin sahibi avqust ayında keçiriləcək təsnifat oyunlarından sonra müəyyənləşəcək.