25 may 2026. Bazar ertəsi

Azərbaycan millisi AÇ öncəsi Bakıda son məşqinə çıxdı


  • Offside
  • 14:10 25.05.2026
  • Oxunma sayı: 9
Azərbaycan millisi AÇ öncəsi Bakıda son məşqinə çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirib.

90deqiqe.Az-ın məlumatına görə, yığma komanda turnir öncəsi son məşqinə çıxarkən hazırlıq prosesində heyətin bütün üzvləri iştirak ediblər.

Media nümayəndələri üçün açıq keçirilən məşqdə futbolçular baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında əvvəlcə isinmə hərəkətləri yerinə yetirib, daha sonra müxtəlif taktiki və texniki təmrinlər üzərində çalışıblar.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq. Azərbaycan millisi turnirin F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.







Offside