25 may 2026. Bazar ertəsi

Azərbaycan millisinin AÇ üçün yekun heyəti açıqlandı


  • Offside
  • 14:15 25.05.2026
  • Oxunma sayı: 7
Azərbaycan millisinin AÇ üçün yekun heyəti açıqlandı

Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Elşad Quliyev turnirdə iştirak edəcək 18 futbolçunun adını açıqlayıb.

Yığmanın heyətində Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov və Eşqin Tağıyev yer alıblar.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Bratislavada keçiriləcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.







Offside