- Offside
- 19:41 25.05.2026
İlk dəfə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi yarışa yekun heyətlə yollanır.
90deqiqe.Az-ın məlumatına görə, yığmanın heyətində Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer və Dina Ulyanova yer alıb.
Komanda iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək Dünya Kubokunda çıxış edəcək.
Azərbaycan millisi A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar yığmaları ilə mübarizə aparacaq.