- Offside
- 22:27 25.05.2026
Şotlandiyada "Napoli"də çıxış edən yarımmüdafiəçi Skott MakTominayın vurduğu möhtəşəm qayçı zərbəsi ilə qolun təsvir edildiyi 20 funtluq əskinas dövriyyəyə buraxılıb.
90deqiqe.Az-ın məlumatına görə, Şotlandiya Bankından verilən açıqlamada bildirilib ki, cəmi 100 ədəd belə əskinas hazırlanıb. Onlardan 50-si paylanacaq, 25-i lotereya yolu ilə, digər 25-i isə hərrac vasitəsilə təqdim olunacaq. Qeyd olunub ki, hər kəs bu nadir əskinası qazanmaq şansına sahib ola bilər.
Açıqlamaya görə, 22 mayda başlayan lotereya və hərrac prosesi 26 iyunda başa çatacaq. Toplanan vəsait evsizliklə mübarizə aparan fonda ianə ediləcək.
MakTominayın təsvir olunduğu bu xüsusi əskinas Şotlandiya millisinin 18 noyabr 2025-ci ildə Danimarkanı 4:2 hesabı ilə məğlub edərək 1998-ci ildən sonra ilk dəfə FIFA 2026 Dünya Çempionatına vəsiqə qazanmasının şərəfinə hazırlanıb.
Qeyd edək ki, Skott MakTominay həmin görüşdə komandasının ilk qoluna imza atmışdı.