26 may 2026. Çərşənbə axşamı

AMF-dən Avropadakı azərbaycanlılara çağırış


  • Offside
  • 14:55 26.05.2026
  • Oxunma sayı: 42
AMF-dən Avropadakı azərbaycanlılara çağırış

Azərbaycan Minifutbol Federasiyası Avropada yaşayan soydaşlarımıza müraciət edib.

90deqiqe.Az xəbər verir ki, 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq yığmaya dəstək məqsədilə həmin şəhərdə və yaxın ölkələrdə yaşayan azərbaycanlılar oyunlara dəvət olunub.

Qeyd edilib ki, tribunalardakı dəstək komanda üçün əlavə motivasiya mənbəyi olacaq.

Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində ilk oyununu mayın 28-də Avstriyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Yığma mayın 29-da İtaliya ilə (17:45), mayın 30-da isə Fransa ilə (17:15) üz-üzə gələcək.

Bütün görüşlər Bratislavadakı “Tipos Arena”da təşkil olunacaq.







Offside