26 may 2026. Çərşənbə axşamı

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə görüşüb


  • Offside
  • 21:37 26.05.2026
  • Oxunma sayı: 33
Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroquletslə görüşüb.

Nazirlikdən 90deqiqe.Az -a verilən məlumata görə, görüş zamanı inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, komitənin milli direktoru Rövşən Məmmədov və müşaviri Murad Həşimov da iştirak ediblər.







Offside