- Offside
- 23:59 26.05.2026
7–13 iyun tarixlərində Binə Atçılıq Mərkəzində çövkən üzrə Dünya Çempionatı təşkil olunacaq.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.
Turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edəcək. Yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Nigeriya, Niger, Çili, Uruqvay və Küveyt yığmaları mübarizə aparacaqlar.
Dünya çempionatı qədim atüstü oyun olan çövkənin beynəlxalq səviyyədə tanıdılması, idman əlaqələrinin genişləndirilməsi və milli ənənələrin qlobal miqyasda təşviqi məqsədi daşıyır.
Qeyd edək ki, yarış həftəsi ərzində tamaşaçıları yüksək rəqabət, milli mədəniyyətlərin təqdimatı və unudulmaz idman atmosferi gözləyir.