- Offside
- 23:59 26.05.2026
Dünya reytinqində 10-cu yerdə olan Qazaxıstan tennisçisi Aleksandr Bublik 2026-cı il Fransa Açıq çempionatında mübarizəni dayandırıb.
90deqiqe.Az xəbər verir ki, o, birinci mərhələdə Almaniya tennisçisi Yan-Lennard Ştruffa (reytingdə 80-ci yer) 5:7, 7:6 (8:6), 4:6, 5:7 hesabı ilə məğlub olub.
Görüş 3 saat 11 dəqiqə davam edib.
“Roland Garros”un 2026-cı il turnirinin ikinci mərhələsində Yan-Lennard Ştruff Portuqaliyalı Jaime Faria ilə Kanadalı Denis Şapovalov arasındakı görüşün qalibi ilə qarşılaşacaq.