- Offside
- 13:01 28.05.2026
Mövsümün ikinci “Grand Slam” turniri olan Fransa Açıq çempionatında (Roland Garros) qadınların dünya 3 nömrəsi, polşalı İqa Şvyontek üçüncü mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, Paris şəhərində keçirilən turnirin 4-cü günündə 4 dəfə Fransa Açıq çempionu olan Şvyontek çexiyalı Sara Bejleki 6:2, 6:3 hesabları ilə 2:0 məğlub edib.
Ukraynalı Elina Svitolina (7-ci reytinq) ispan Kaitlin Quevedonu 6:0, 6:4 hesabları ilə üstələyib.
Qadınlarda İsveçrəli Belinda Bencic (11), Viktorija Qolubiç, alman Tamara Korpats və ABŞ-dan Peyton Stearns da rəqiblərini məğlub edərək üçüncü mərhələyə adlayıblar.
Kişilərin yarışında isə rusiyalı Karen Xaçanov argentinalı Marko Trunqellitini 3:1 (7:6, 5:7, 6:1, 7:6) hesabı ilə məğlub edib.
Kişilərdə həmçinin argentinalı Tiaqo Aqustin Tirante və niderlandlı Cesper De Yonq da növbəti mərhələyə yüksəliblər.