- Offside
- 13:01 28.05.2026
Mövsümün ikinci “Grand Slam” turniri olan Fransa Açıq çempionatında (Roland Garros) ikinci mərhələdə Novak Cokoviç fransalı Valentin Ruyerə qarşı dörd setlik oyunda qalib gələrək üçüncü tura yüksəlib.
90deqiqe.Az xəbər verir ki, Paris şəhərində keçirilən turnirin 4-cü günündə kişi tək yarışında serbiyalı tennisçi Novak Cokoviç Fransa təmsilçisi Valentin Ruyer ilə qarşılaşıb.
39 yaşlı Cokoviç 6:3, 6:2, 6:7 və 6:3 hesablı setlərlə rəqibini 3:1 məğlub edərək növbəti mərhələyə adlayıb.