28 may 2026. Cümə axşamı

Azərbaycan boksçuları Batumidə 5 medal qazanıblar


  • Offside
  • 16:33 28.05.2026
  • Oxunma sayı: 36
Azərbaycan boksçuları Batumidə 5 medal qazanıblar

Gürcüstanın Batumi şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan millisi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kənan Nəcəfov (+90 kq) gümüş, Tayfur Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75 kq) isə bürünc medala sahib olub.







Offside