28 may 2026. Cümə axşamı

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı


  • Offside
  • 16:44 28.05.2026
  • Oxunma sayı: 24
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatına uğurlu start verib.

90deqiqe.Az-ın məlumatına görə,  Elşad Quliyevin rəhbərlik etdiyi yığma F qrupundakı ilk qarşılaşmada Avstriya millisi ilə üz-üzə gəlib. “Tipos Arena”da baş tutan gərgin mübarizə Azərbaycan komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb — 1:0.

Millimizin heyətində yeganə qolu 36-cı dəqiqədə İsa Atayev vurub. Bu nəticə ilə Azərbaycan yığması turnirə 3 xalla başlayıb.

Qeyd edək ki, millimiz qrup mərhələsində növbəti oyunlarını mayın 29-da İtaliyaya, mayın 30-da isə Fransaya qarşı keçirəcək.







Offside