- Offside
- 23:43 29.05.2026
Dünyanın 4 nömrəli raketkası, serbiyalı tennisçi Novak Cokoviç “Roland Garros 2026" turnirində 4-cü mərhələyə yüksələ bilməyib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli tennisçi 30-cu pillədə qərarlaşan braziliyalı Joao Fonseka ilə qarşılaşıb və 4 saat 57 dəqiqə davam edən gərgin matçda 6:4, 6:4, 3:6, 5:7, 5:7 hesabı ilə məğlub olub.
Görüş ərzində Fonseka 11 eys edib, 1 ikiqat səhvə yol verib və 15 breyk-poyntdan 6-nı reallaşdırıb. Cokoviç isə 8 eys, 1 ikiqat səhv və 16 breyk imkanından 5 uğurlu istifadə ilə yadda qalıb.
Növbəti mərhələdə Joao Fonseka Kaper Rudd və Tommi Pol cütlüyünün qalibi ilə qarşılaşacaq.