30 may 2026. Şənbə

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb


  • Offside
  • 10:56 30.05.2026
  • Oxunma sayı: 5
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb

Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.

90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 12-16-da Macarıstanda təlim-məşq toplanışında olan komanda bu ölkənin yığması ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan voleybolçular mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin "Colgate" klubunu (3:0) məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.







Offside