1 iyun 2026. Bazar ertəsi

Minifutbol üzrə Avropa çempionatında 1/8 final cütləri müəyyənləşdi


  • Offside
  • 07:19 31.05.2026
  • Oxunma sayı: 42
Minifutbol üzrə Avropa çempionatında 1/8 final cütləri müəyyənləşdi

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

90deqiqe.Az  xəbər verir ki, yarışın dördüncü oyun günündə keçirilən qarşılaşmalardan sonra 1/8 final mərhələsinin cütləri rəsmiləşib.

Azərbaycan millisi qrup mərhələsini inamlı çıxışla başa vuraraq F qrupunun qalibi olub. Elşad Quliyevin rəhbərlik etdiyi komanda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanaraq maksimum nəticə – 9 xalla növbəti mərhələyə yüksəlib.

Yığmamız 1/8 finalda Qazaxıstan millisi ilə qarşılaşacaq. Qazaxıstan seçməsi öz qrupunda ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb.

Qrup mərhələsinin yekunlarına əsasən Bosniya və Herseqovina, Yunanıstan, Çexiya, Bolqarıstan, Ukrayna, Serbiya, Rumıniya, Gürcüstan, Fransa, Avstriya və Azərbaycan da növbəti mərhələyə adlayıblar.

1/8 final mərhələsinin cütləri:

  • Bosniya və Herseqovina – Macarıstan
  • Bolqarıstan – Fransa
  • Polşa – Gürcüstan
  • Ukrayna – Portuqaliya
  • Rumıniya – Avstriya
  • Yunanıstan – Serbiya
  • Çexiya – Monteneqro
  • Azərbaycan – Qazaxıstan

Qeyd edək ki, Avropa çempionatında 1/8 final mərhələsinin oyunları yaxın günlərdə keçiriləcək. Azərbaycan millisi isə turnirdə uğurlu çıxışını davam etdirərək dörddəbir finala yüksəlmək uğrunda mübarizə aparacaq.







Offside