1 iyun 2026. Bazar ertəsi

Bakıda “Basketbol hər yerdə” layihəsi çərçivəsində ilk meydança istifadəyə verildi


  • Offside
  • 11:43 31.05.2026
  • Oxunma sayı: 36
Bakıda “Basketbol hər yerdə” layihəsi çərçivəsində ilk meydança istifadəyə verildi

Azərbaycan Basketbol Federasiyasının dəstəyi və “Sabah” basketbol klubunun təşəbbüsü ilə həyata keçirilən “Basketbol hər yerdə” layihəsi çərçivəsində ilk basketbol meydançasının açılışı olub.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, yeni meydança Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 50B ünvanında istifadəyə verilib.

Açılış mərasimində “Sabah” basketbol klubunun oyunçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak ediblər. Basketbolçular azarkeşlərlə görüşərək onlarla ünsiyyətdə olub və xatirə fotoları çəkdiriblər.

Layihənin əsas məqsədi ölkədə basketbolun daha da populyarlaşdırılması, gənc və yeniyetmələrin idmana marağının artırılması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Qeyd edək ki, “Basketbol hər yerdə” layihəsi çərçivəsində gələcəkdə paytaxtın və regionların müxtəlif ərazilərində yeni basketbol meydançalarının yaradılması nəzərdə tutulur.







Offside