1 iyun 2026. Bazar ertəsi

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək


  • Offside
  • 11:49 31.05.2026
  • Oxunma sayı: 32
Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

Bakıda stend atıcılığı üzrə ölkə kuboku təşkil olunacaq.

90deqiqe.Az Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycanın ən güclü və dəqiq atıcıları mübarizə aparacaqlar.

Turnir çərçivəsində iştirakçılar böyüklər və U-21 yaş kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində bacarıqlarını sınayacaqlar.

İdmançılar həm fərdi, həm də komanda hesabında qalibləri müəyyənləşdirmək uğrunda mübarizə aparacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun şəkildə keçiriləcək.

Qeyd edək ki, stend atıcılığı üzrə ölkə kuboku iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində baş tutacaq. Yarışın ölkənin aparıcı atıcılarını bir araya gətirəcəyi gözlənilir.







Offside