1 iyun 2026. Bazar ertəsi

Trek velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu


  • Offside
  • 14:19 31.05.2026
  • Oxunma sayı: 32
Trek velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu

Velosiped idmanının trek növü üzrə gənc oğlanlar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

90deqiqe.Az Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, Respublika Velotrekində təşkil olunan yarışda 2008–2009-cu il təvəllüdlü idmançılar mübarizə aparıblar.

Çempionat çərçivəsində iştirakçılar fərdi ötüşmə, çıxmaqla qrup ötüşməsi, omnium və sprint növlərində qüvvələrini sınayıblar.

Fərdi ötüşmə yarışında (3 km) Nihad Xudoyev çempion olub. Çingiz İsayev ikinci, Rəhim Nağıyev isə üçüncü yeri tutub.

Çıxmaqla qrup ötüşməsində Əli Baxşıyev bütün rəqiblərini qabaqlayaraq birinci olub. Nicat Şükürzadə gümüş, Həsən Zeynalov isə bürünc medal qazanıb.

Omnium növündə də Nihad Xudoyev qızıl medala sahib çıxıb. Rəhim Nağıyev ikinci, Murad Nadirov isə üçüncü pillədə qərarlaşıb.

Sprint yarışında isə Çingiz İsayev çempion adını qazanıb. Murad Nadirov ikinci, Əli Baxşıyev isə üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın nəticələri gənc velosipedçilərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi və gələcək beynəlxalq turnirlərə seçim baxımından mühüm əhəmiyyət daşıyır.







Offside