- Offside
- 15:57 31.05.2026
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasında iştirak edəcək heyəti müəyyənləşib.
90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Boris Qrebennikov turnir üçün 14 voleybolçuya dəvət göndərib.
Milli komandanın heyətində aşağıdakı oyunçular yer alıblar:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə.
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov.
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou.
Liberolar: Asif Əliyev, Nihad Qasımov.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. Komandamız turnirin ilk mərhələsində İsveç və Yunanıstan yığmaları ilə qarşılaşacaq.
Yığmanın əsas məqsədi Avropa Liqasına uğurlu start vermək və növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə üstün mövqe qazanmaqdır.