- Offside
- 23:33 01.06.2026
Hövsan Olimpiya İdman Kompleksinin stadionunda gənclər arasında kamandan oxatma üzrə ölkə birinciliyi start götürüb.
90deqiqe.Az Azərbaycan Kamandan Oxatma Fedrasiyasına istinadən xəbər verir ki, yarışın ilk günündə artıq gərgin və maraqlı anlar yaşanır.
Turnirdən öncə oxatanlar rəsmi sınaq atışlarını və hazırlıq məşqlərini tamamlayaraq mübarizəyə tam hazır vəziyyətə gəliblər. İdmançılar bütün diqqətlərini hədəfə yönəldərək yarışa yüksək motivasiya ilə başlayıblar.
U15, U18 və U21 yaş kateqoriyalarında çıxış edən idmançılar ölkənin ən güclüləri sırasında yer almaq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, 1 iyun tarixində yarışın rəsmi açılış mərasimi keçiriləcək və daha sonra ilk yarış atışlarına start veriləcək.
Gənc oxatanlara mövsümün bu mühüm sınağında uğurlar və parlaq nəticələr arzulanır.