1 iyun 2026. Bazar ertəsi

Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb


  • Offside
  • 11:39 01.06.2026
  • Oxunma sayı: 47
Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb

Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlıq proqramına uyğun olaraq Türkiyəyə yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yığma təlim-məşq toplanışının son mərhələsini Ankara şəhərində keçirəcək. Bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyununa da çıxacaq.

Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk tur oyunlarını 6–7 iyun tarixlərində İsveçdə keçirəcək. Yığmanın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.







Offside