1 iyun 2026. Bazar ertəsi

“Gəncə” heyətini Napalkova ilə gücləndirdi


  • Offside
  • 12:07 01.06.2026
  • Oxunma sayı: 44
“Gəncə” heyətini Napalkova ilə gücləndirdi

“Gəncə” voleybol klubu heyətini tanış sima ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Ukrayna milli komandasının üzvü Olena Napalkova ilə 1 illik müqavilə imzalanıb. Beləliklə, təcrübəli voleybolçu növbəti mövsümdə də Gəncə təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Napalkova 2024/2025 mövsümündə də “Gəncə”nin şərəfini qoruyub. O, komandanın heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.

Klub rəhbərliyi voleybolçunun növbəti mövsümdə də komandanın uğurları üçün mühüm töhfə verəcəyinə ümid edir.







Offside