- Offside
- 20:59 01.06.2026
U-15, U-18 və U-21 yaş kateqoriyaları arasında kamandan oxatma üzrə Azərbaycan birinciliyinə start verilib.
90deqiqe.Az Azərbaycan Kamandan Oxatma Fedrasiyasına istinadən xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Azərbaycan Kamandan Oxatma Federasiyasının və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, eləcə də Azərbaycan Kamandan Oxatma Federasiyasının Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən danışıblar.
Ölkə birinciliyində ümumilikdə 49 idmançı müxtəlif yaş qruplarında 40, 60 və 70 metr məsafələrə atışlar üzrə mübarizə aparır.
Qeyd edək ki, yarışa iyunun 2-də yekun vurulacaq və qaliblər müəyyənləşəcək.