- Offside
- 20:59 01.06.2026
Kamandan oxatma üzrə U-15, U-18 və U-21 yaş kateqoriyaları arasında keçirilən Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb.
90deqiqe.Az Azərbaycan Kamandan Oxatma Fedrasiyasına istinadən xəbər verir ki, yarışın ilk günündə 49 idmançının iştirakı ilə təsnifat mərhələsinin görüşləri keçirilib. Oxatanlar 40, 60 və 70 metr məsafələrdən iki sessiya ərzində ümumilikdə 72 ox ataraq bacarıqlarını nümayiş etdiriblər. Hər sessiyada iştirakçılar 36 oxla hədəfi nişan alıblar.
Gərgin mübarizə şəraitində keçən təsnifat mərhələsinin nəticələrinə əsasən, növbəti raundlara vəsiqə qazanan idmançılar müəyyənləşib.
Azərbaycan birinciliyinin həlledici qarşılaşmaları iyunun 2-də keçiriləcək. Yarışın ikinci günündə 1/8 final, 1/4 final, yarımfinal və final mərhələlərinin görüşləri baş tutacaq.
Qeyd edək ki, ölkə birinciliyi Hövsan Olimpiya İdman Kompleksində təşkil olunur.